20:00

I

Aygün Kazımovadan şok açıqlama: "Əslində mənim ərim..."

Xalq artisti açıqlamaları ilə şou aləminin altını üstünə çevirib.

Milli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri
“Pərdə” maqazin proqramının fevralın 13-ü, saat 22:30-da nümayiş olunacaq buraxılışında, yenə də, çox fərqli mövzular çözüləcək.

Rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu olan verilişdə bunlardan xəbərdar olacaqsınız:

- Hansı sənətkar Tarkanla görüşmək istəyir?

- Hansı mügənni özünü məşhur türk aktyoru ilə müqayisə etdi?

- Keçmiş həyat yoldaşından hələ də rəsmi yolla boşanmadığı deyilən Aygün Kazımovadan şok açıqlama..."Ailə dağılmasın" deyən Aygün Kazımova daha hansı sözləri ilə şou aləminin altını üstünə çevirəcək?

- Niyam Səlami Röyadan əvvəl hansı xanım sənətçi ilə duet oxuyacaqmış? Bu barədə müğənni ilk dəfə "Pərdə"yə danışdı. Bu günlərdə İstanbuldan, Röyanın yanından dönən Niyam onun hansı sirlərini açdı?

“Pərdə”nin maraqla izlənilən “5 Etiraf” rubrikasinda bu dəfə "Qala" qrupunun solisti və son zamanlar bəstələdiyi mahnıları hitə çevrilən Ceyhun Əliyev oldu Onun maraqlı etiraflarından biri tezliklə edəcəyi toyla bağlı oldu. Ceyhun öz etirafında hansı tanınmışların fanatı olduğunu dedi?

Zaur Nəbioğlu ilə “Tet-A-Tet” söhbətdə bu dəfə qonaq əməkdar artist Mətanət İsgəndərli oldu. Mətanət İsgəndərlinin bu günəcən gizlətdiyi xəbər... Onun hamının marağına səbəb olan açıqlaması... Müğənni şou aləmindən olan kimi tənqid etdi?
Şəxsi həyatı barədə heç vaxt, heç yerdə danışmadığı faktlar. Mətanət İsgəndərlinin şou aləmində ayağının altını qazan şəxsin kimliyi bəlli oldu. ”Mən sənətə, böyük səhnəyə Türkiyədən başlamışam“, - deyən M.İsgəndərli hansı həmkarlarını məsxərəyə qoydu.
Mətanət İsgəndərli 2-ci dəfə ailə həyatı qurdu?

Suallar çox, cavabı isə çox sadədir. Bu axşam saat 22:30-dan etibarən Lider TV-nin efirini izləməklə şou dünyasında yaşananlardan xəbərdar olacaqsınız.

Bu “Pərdə” sizi çox gerçəklərdən xəbərdar edəcək...
Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Xəbər lenti


Sosial şəbəkələrdə


Partnyorlar: